Yunanıstanın vəziyyəti yaxşılaşır, İspaniyada isə durum gərgindir 28.05.2012 11:34

Ötən həftə investorların riskli aktivlərdən təhlükəsiz zona aktivlərinə kütləvi axışı ilə yadda qaldı. Bu hal İspaniya bank sekturundakı vəziyyət, Yunanıstanın Avrozonadan çıxarılması təhlükəsi və avropalı liderlərin məsələlərə biganəliyi fonunda baş verdi. Cümə günü nəşr edilmiş Commodity Futures Trading Commission məlumatlarına əsasən spekulyantların ABŞ dollarındakı alış əməliyyatları maksimal həddə çatıb. Avro satışları da maksimum səviyyədədir.

Yunanıstanda keçirilmiş sorğuların nəticəsi ilə bağlı bazar günü açıqlanan məlumatlar Avro ilə bağlı təhlükəni yumşaltdı. Bununla yanaşı avro üzərində təsirə malik olan neqativ faktorlar da kifayət qədərdir.

Yaxın gələcəyin gündəmində İspaniyadakı vəziyyət durur. Hakim dairələrdəki mənbədən verilən məlumata görə ötən həftə 19 milyard avro yardım üçün müraciət etmiş ölkənin ən iri 4-cü bankı yenidən kapitallaşdırıla bilər. Xatırladaq ki, Kataloniya rəhbəri Artur Masın İspaniya prezidenti Mariano Raxo ilə görüşdə ona aid İspan regionunun 13 milyardlıq borcu qarşılamaq imkanının olmaması barədə bəyanatı Cümə günü avronun ucuzlaşması üçün drayver rolunu oynadı. Artur Mas hökumətdən yardım və yeni maliyyə alətlərinin yaradılmasını xahiş etdi.

 

  • Baxılma sayı: 404
Şərh əlavə et:
Avropa fond indeksləri bazar ertəsini ziddiyyətli başa vurdular ...
12.05.2015
ətraflı
Böyük Britaniyada BRC pərakəndə qiymətlərinin indeksi üzrə ...
06.05.2015
ətraflı
Britaniyada müxtəlifistiqamətli iqtisadi göstəricilərin dərcindən ...
01.05.2015
ətraflı
Neftin qiyməti bu il ilk dəfə olaraq bir barelə görə 64 dollardan ...
24.04.2015
ətraflı
Beynəlxalq valyuta fondu Yunanıstana dövlət borcunun ödənilməsi üzrə ...
20.04.2015
ətraflı
Avro PMI-nin zəif rəqəmləridən sonra enib  Avrozona ölkələrində ...
07.04.2015
ətraflı
BVF-nin sərəncamçı direktoru Laqard: Yunanıstan öhdəliklərini təsdiq ...
06.04.2015
ətraflı
Böyük Britaniyada GfK-dan olan istehlakçı inam indeksi mart ayında ...
31.03.2015
ətraflı
Bundensbank AMB-nin QE proqramına bütün mövcud imkanları ilə dəstək ...
18.03.2015
ətraflı
Barclays: Bu həftə avro üzrə dəyişiklər gözlənilmir  Bu həftə ...
16.03.2015
ətraflı